Fransa prezidenti Emmanuel Makron ölkədə vəhşi canavarların öldürülməsinə icazə verən qanun qəbul etməyi planlaşdırır. O bununla fermerlərin sürülərini qoruya bilməsi üçün şərait yaratmaq istəyir.
Herbiand.az bildirir ki, bu barədə Politico jurnalı xəbər verir.
“Biz canavarların kənd təsərrüfatımıza təhlükə yaradan ərazilərə girməsinə imkan verməyəcəyik. Bu o deməkdir ki, biz təvazökarlıqla desək, böyük şəkildə onlardan qurtulmalıyıq”, - dövlət başçısı bildirib.
Makron təşəbbüslə bağlı mümkün tənqidlərə də cavab verib: “Ayının və ya canavarın yaşadığı ərazilərdə qaydalar uyduran və heyvanları ilə yaşamayan insanlar iki gecə ora getməlidirlər”.
Bəxtiyar CƏFƏRLİ