AZ

Türkiyə prezidenti: ECO ölkələri dayanıqlı inkişaf siyasətində iqlim dəyişmələri amilini nəzərə almalıdır

Türkiyə iqlim dəyişikliyinin mənfi təsirlərindən ən çox təsirlənən bölgədə yerləşir. Bu baxımdan, İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin öz səylərini iqlim böhranına qarşı mübarizədə cəmləşdirməsini xüsusilə vacib hesab edirəm.

Operativ Media xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ECO-nun Xankəndində keçirilən 17-ci Zirvə görüşündə çıxışı zamanı ifadə edib.

Türkiyə liderinin sözlərinə görə, ECO ölkələrinin milli davamlı inkişaf konsepsiyalarını iqlim dəyişikliyi amili nəzərə alınmaqla həyata keçirməsi çox vacibdir.

Rəcəb Tayyib Ərdoğan diqqəti Ankaranın bəyan etdiyi ekoloji məqsədlərə, o cümlədən, 2053-cü ilə qədər atmosferi çirkləndirən emissiyaları sıfıra endirmək səylərinə də çəkib.

O vurğulayıb: “Bu gün biz innovativ metodlara və bərpaolunan enerji mənbələrindən fəal istifadəyə arxalanaraq iqtisadiyyatın əsas sektorlarını “yaşıl transformasiya”ya yönəltmək üçün səylər göstəririk”. O, Türkiyənin ümumi quraşdırılmış enerji tutumunda bərpaolunan enerji mənbələrinin payının 59 faizə çatdığını diqqətə çatdırıb. “Bu göstəriciyə görə Türkiyə Avropada beşinci, dünyada isə on birinci yerdədir”, - deyən Türkiyənin dövlət başçısı Ankaranın öz təcrübəsini digər ECO ölkələri ilə bölüşməyə hazır olduğunu bildirib.

 

Seçilən
5
50
operativmedia.az

10Mənbələr