AZ

Xankəndidəki tədbir bu ölkələrə mesajdır — AÇIQLAMA

“Bu gün Xankəndidə keçirilən tədbir tarixi bir tədbirdir. Doğrudur, Azərbaycan bu cür və bundan daha böyük mötəbər tədbirlərə ev sahibliyi edib. Amma bu tədbirin tarixi əhəmiyyəti ondan ibarətdir ki, bu tədbir Xankəndidə keçirilir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 



O bildirib ki, bu tədbirlə Azərbaycan onun üzərində müxtəlif məkrli planlar qurmaq istəyən dövlətlərə mesaj verir:

“Eyni zamanda, beynəlxalq aləmə də o mesaj verilir ki, bu əraziləri milli münaqişə zonasına çevirmək istəyən güclərin təkidlərinə baxmayaraq, artıq bu problem həllini tapıb, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini təmin edib. Bir vaxtlar münaqişə zonası olan Qarabağ indi əməkdaşlıq, sülh və yaradıcı fəaliyyət məkanına çevrilib, beynəlxalq tədbirlərə ev sahibliyi edir”.


Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
1
10
demokrat.az

10Mənbələr