AZ

Romada yanacaqdoldurma məntəqəsində güclü partlayış olub, 21 nəfər yaralanıb

Romanın Prenestino bölgəsindəki yanacaqdoldurma məntəqəsində iki güclü partlayış və yanğın baş verib.

Operativ Media xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.

Hadisə nəticəsində 21 nəfər, o cümlədən 8 polis və 1 yanğınsöndürən yaralanıb.

İlkin məlumata görə, partlayış maye qazın boşaldılması zamanı baş vermiş texniki qəzadan qaynaqlanıb.

Yaxınlıqdakı binalar ciddi ziyan görüb, partlayışın gücündən dam örtükləri 300 metr uzağa səpələnib. Ərazi evakuasiya olunub, yaxınlıqdakı metro stansiyası isə müvəqqəti bağlanıb.

 

Seçilən
16
50
operativmedia.az

10Mənbələr