Yay aylarında günəşə məruz qalmanın müxtəlif faydaları var, lakin həddindən artıq olmamaq və müəyyən saatlarda kölgədə qalmaq lazımdır.
Azreform.info e-saglam.az-a istinadən xəbər verir ki, körpələrdə və uşaqlarda günəş yanıqları sonrakı illərdə dəri xərçəngi riskini artırır.
Günəş hər kəs üçün D vitamini mənbəyidir, eyni zamanda xüsusilə uşaqlar üçün ciddi risklər yaradır.
Araşdırmalar göstərir ki, körpəlikdə və uşaqlıqda yanıqlar gələcəkdə dəri xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır.
Bu saatlara diqqət!
Mütəxəssislər 10:00-16:00 arasında çölə çıxmaqdan mümkün qədər uzaq durmağın vacibliyini vurğulayaraq, geniş kənarlı papaqlar, açıq və pambıq paltar seçiminin vacibliyini vurğulayırlar.
Körpələrə ilk 6 ayda günəş kremi tövsiyə edilmir. Bundan sonra günəşdən qoruyucu ən azı SPF 30 olmalıdır.
6 aydan sonra körpələr də günəş eynəyi taxmalıdırlar.