"Arsenal"ın vingeri Qabriel Martinelli "Əl-Nəsr" klubuna keçə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Goal" məlumat yayıb.
Səudiyyə Ərəbistanı təmsilçisi 24 yaşlı futbolçunu komandadan ayrılan Con Dyuranın əvəzinə heyətə qatmaq istəyir. Əvvəlcə "Əl-Nəsr" "Liverpul"dan Luis Diası transfer etmək niyyətində olub, lakin ingilislər kolumbiyalını buraxmaqdan imtina etdikləri üçün səudiyyəlilər diqqəti Martinelliyə yönəldiblər.
Mənbənin yazdığına görə, "Əl-Nəsr" braziliyalı oyunçu üçün 85 milyon avro ödəməyə hazırdır.
2024/25 mövsümündə Martinelli "Arsenal"ın heyətində 51 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun London klubu ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir.