Yasamal rayonu, Tbilisi prospektinin Şəfayət Mehdiyev küçəsi ilə kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, qəza səbəbindən metronun “20 Yanvar” stansiyası ilə yanaşı, mərkəz istiqamətində də nəqliyyat sıxlığı yaranıb:
"Sıxlığın aradan qaldırmaq üçün həm yol polisi əməkdaşları tərəfindən tədbirlər görülür, həm də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən intensivliyi artırmaq üçün svetoforlara “yaşıl dalğa” əmri verilir".