“Fənərbağça”nın futbolçusu Brayt Osayi-Samuel karyerasını İngiltərədə davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, cinah müdafiəçisi “Birmingem”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Brayt Çempionşip klubu ilə 3 illik müqavilə imzalayıb.
Nigeriyalı futbolçu başa çatan mövsümdə Super Liqada 25 oyuna çıxıb.