"Təşkilata üz ölkələrlə ticari əməkdaşlıq bizim üçün prioritetdir. Nəqliyyat, eregetika kənd təsərrüfatı sahəsində əməkdaşlıq vacibdir".
Sherg.az xəbər verir ki, bunu Tacikistan Prezidenti Emonəli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.
Dövlət başçısı ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində yeni sənədlərin qəbul olunmasını təklif edib:
"Üzv ölkələrdə iqtisadi-ticari məsələlərə yönəlmiş sənədin qəbul olunmasını təkif edirəm. Təşkilata üzv ölkələrin ticarət dövriyyəsinin qoruyub saxlaya bilir. Nəqliyyat dəhlizlərinin genişləndirilməsi məqsədlərimizə nail olmağımıza kömək edəcək. Ölkəmiz təşkilat çərçivəsində ticarət maneələrinin yaradılması, dəmir və hava yolları məkanlarının birləşdirilməsinin tərəfdarıdır. Tacikistan enerji şəbəkələrinin formalaşdırlmasının tərəfdarıdır. Biz təşkilatının regional enerji bazarının yaradılmasında maraqlıdır. Ererji davamlılığı üçün sənədin hazırlanması yaxşı olardı".
Dövlət başçısı daha sonra əlavə edib:
"Hazırda ölkəmiz yaşıl iqtisadiyyat strategiyasını həyata keçirir. Bu gün ölkəmizdə elektrik enerjisinin 98 faizi bərpaolunan enerjidən istifadə edir. Ölkəmiz üzv ölkələr arasında sənayə imkanlarının genişləndirilməsini təklif edirik. Bu, yeni iş yerlərinin açılmasına töhfə verəcək. ECO regionun ixrac potensialının logistikasının genişləndirilməsi vacibdir. İqtim dəyişiklərinə qarşı da ciddi tədbirlərin görülməsinə vacibdir. Buzlaqların qorunması üçün ümumi səylərimiz səfərbər olmalıdır. Yaxın Şərqdə gərginlik narahat doğurur. İran ərazisinə zərbələr BMT nizamnaməsinin pozulmasıdır və İran ərazinə zərbələri pisləyirik. Ölkəmiz Yaxın Şərqdə diplomatik yolla sülhün əldə olunmasının tərəfdarıdır".