"Atletiko Madrid"də daha bir ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, Rodriqo Rikelme komandadan ayrılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, 25 yaşlı vingerin müqaviləsinə xitam verilib.
Qeyd edək ki, İspaniya millisinin üzvü olan Rikelme "Atletiko Madrid"in yetirməsidir. O, bu komandanın heyətində indiyədək 75 rəsmi oyuna çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
"Qalatasaray"dan ayrıldı - MİLLİDƏ İŞLƏYƏCƏK
Türkiyəli futbolçu İtaliya yolunda - "ROMA" ONU İSTƏYİR
Terimin əvəzinə ispaniyalı məşqçi
Alman ruhu, macar göz yaşları: "Bern möcüzəsi"
"Fluminense" - "Əl-Hilal" bu kanalda yayımlanacaq