AZ

Gənc rəssamların “Sənin adın nədir?” tanıtım sərgisinin açılışı

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzində gənc rəssamların “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışı olub.

Publika.az xəbər verir ki, sərginin nümayişindən əvvəl “East or West” musiqi qrupunun ifası dinlənilib.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov sərginin məqsədindən söhbət açıb. Nazir müavini bildirib ki, gənc rəssamların yaradıcılıq axtarışlarını dəstəkləmək əsas amildir. “Sərgi gənc rəssamları yeni nailiyyətlərə ruhlandırmağa kömək edəcək. Yeni nəsil sənət nümayəndələrinin sənətsevərlərə təqdim olunmasını və onların ilk peşəkar sərgi təcrübəsini qazanmalarını hədəfləyir. Sərginin əsas ideya xəttini təşkil edən “Sənin adın nədir?” sualı iştirakçılardan fərdi kimliklərini, daxili duyğularını və ətraf mühitə dair qavrayışlarını sənət dili vasitəsilə ifadə etməyi tələb edir”,- deyə M.Hüseynov əlavə edib.

Xalq rəssamı Arif Hüseynov sərgidə təqdim olunan əsərlər barədə danışıb: “İştirakçılar üçün geniş ifadə imkanları yaradan sərgidə təqdim olunan əsərlər abstrakt və simvolik yanaşmala, həmçinin realizm və eksperimental texnikaları fərqli üslubları özündə birləşdirir. Sərginin ekspozisiyasında 67 gənc rəssamın rəngkarlıq, heykəltaraşlıq, dekorativ tətbiqi sənət, instalyasiya və video-art sənətində əsərləri yer alıb”.

Xalq rəssamı Ömər Eldarov gənc rəssamlara uğurlar arzulayıb.

Daha sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Seçilən
18
5
publika.az

10Mənbələr