AZ

“Nağıyevin arvadı” ailəsi ilə birlikdə Rusiyadan QAÇDI - iddia

"Mətbəx" serialında Dmitri Nağıyevin həyat yoldaşı obrazını canlandıran aktrisa Mariya Qorban ailəsi ilə birlikdə Rusiyadan uzaqlaşıb.

News24.az yerli mətbuata istinadla xəbər verir ki, ulduz İnstaqram izləyicilərinə (Meta şirkətinin sahibi Rusiyada ekstremist kimi tanınıb və qadağan olunub) yaxınları ilə birlikdə istirahət etmək üçün Türkiyəni seçdiyini bildirib. 

Onlar Kleopatra körfəzi yaxınlığındakı otel kompleksində villa kirayələyiblər. 

Qeyd edək ki, Məşhurun iki övladı var. O, 2018-ci ildə boşandığı işıq üzrə texnik Oleq Filatovdan Stefaniya adlı bir qızı dünyaya gətirib. 2021-ci ilin əvvəlində isə aktrisa operator Kirill Zotkinlə evlənib və 5 avqust 2021-ci ildə cütlüyün Nilan adlı oğlu olub.

Aqil

Seçilən
5
23
news24.az

10Mənbələr