AZ

Yaponyalı alimlərdən xərçəng xəstələrini sevindirəcək kəşf

Yaponiyalı alimlərXərçəng hüceyrələrinin yayılmasını dayandıran təbii maddə tapıldı

News24.az Sonxeber.az-a istinadən xəbər verir ki, British Journal of Cancer (BJC) jurnalında dərc edilən tədqiqatın nəticələrinə görə ərik və badam qoxusu verən maddə xərçəng hüceyrələrinə qarşı effektivdir

Yaponiyanın Fudzita Universitetindən doktor Xideyuki Sayanın rəhbərlik etdiyi tədqiqat qrupu benzaldehid adlı maddə — badam, ərik və əncirə xas olan qoxunu verən kimyəvi birləşmədir. Bu birləşmə müalicəyə davamlı xərçəng hüceyrələrinə qarşı təsirli ola bilər.

Belə ki, xərçəng hüceyrələri sürətlə bölünür və strukturunu dəyişərək epitelial formadan daha mobil mezenximal formaya keçir. Bu da onların yayılmasını və müalicəyə qarşı müqavimətini artırır. Benzaldehid isə məhz bu prosesi bloklama qabiliyyəti ilə seçilir.

Siçanlar üzərində aparılan təcrübələrdə benzaldehid, o cümlədən şüa terapiyasına və osimertinib adlı dərmana davamlı olan xərçəng hüceyrələrinin böyüməsini əngəlləyib. Hüceyrə mədəniyyətləri üzərində aparılan araşdırmalarda isə bu maddə şüalanmanın təsirini gücləndirib və əvvəllər davamlı olan hüceyrələri məhv edib.


Seçilən
2
9
news24.az

10Mənbələr