AZ

Özbəkistan Prezidenti: Son geosiyasi gərginliklər nəqliyyat dəhlizlərinin əhəmiyyətini bir daha göstərdi

Qarşılıqlı ticarətimizin cari həcmi aşağı olaraq qalır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.

Özbəkistan Prezidenti deyib ki, keçən il İƏT üzvləri arasında ticarət dövriyyəsi 94 milyard dollar təşkil edib: “Yaşıl dəhlizlər sistemini yaratmaq vacibdir. Sərmayə mühitini daha da yaxşılaşdırmaq təşəbbüsü ilə çıxış etmişik”.

Şavkat Mirziyoyev qeyd edib ki, son geosiyasi gərginliklər nəqliyyat dəhlizlərinin əhəmiyyətini bir daha göstərib: “Çindən başlayan nəqliyyat dəhlizi gələcəkdə Trans-Əfqanıstan nəqliyyat dəhlizi ilə birləşəcək”.

Seçilən
2
14
operativmm.az

10Mənbələr