AZ

Diplomlarının saxta olduğu deyilən həkimlə bağlı RƏSMİ AÇIQLAMA

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi onkoginekoloq kimi tanınan Turanə Nəsibova-Paşayevanın xaricdə təhsil aldığı, diplomlarının isə Azərbaycanda tanınmadığı ilə bağlı şikayətlər var idi.

Lent.az məsələ ilə bağlı bir qədər araşdırma aparmış, eləcə də Analtik Ekspertiza Mərkəzinə sorğu ünvanlamışdı. Mərkəzdən bildirilmişdi ki, faktla bağlı araşdırma aparılır. 

Bəs görəsən araşdırmanın sonu necə oldu? Həkimin diplomları həqiqətən də Azərbaycanda tanınıbmı? Fəaliyyətinə davam edəcəkmi? 

Bu suallarla bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzidən yekun olaraq bildirildi ki, qeyd olunan faktla bağlı işçi qrupu tərəfindən araşdırma aparılıb. Mətbuatda adı hallanan şəxsin çalışdığı iddia edilən klinikaların rəhbərliyindən müvafiq izahatlar alınıb:

“Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi” MMC-nin rəhbərinin izahatına əsasən, Turanə Nəsibova (Paşayeva) adlı şəxslə klinika arasında heç bir dövrdə əmək münasibətləri və ya digər hüquqi əsaslı müqavilə mövcud olmayıb.

“Atlas Medical Center” MMC-nin məsul şəxsi tərəfindən təqdim edilən izahatda isə qeyd olunub ki, Turanə Nəsibova həmin klinikaya işə qəbul olunmaq üçün müraciət edib. Lakin reyestr kodu, diplom və sertifikat təqdim etmədiyindən işə qəbul edilməyib.

Qeyd edək ki, Azərbaycan Respublikasında praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan həkimlər və orta tibb işçiləri barədə məlumatlar Səhiyyə Nazirliyinin “Tibb kadrlarının vahid reyestri”ndə əks olunur. Sözügedən reyestrdə Turanə Nəsibova ilə bağlı hər hansı məlumat yer almır.

Bu günə qədər adıçəkilən şəxslə bağlı Analitik Ekspertiza Mərkəzinə rəsmi şikayət daxil olmayıb. Lakin əgər təsdiqedici sənədlərlə müşayiət olunan rəsmi müraciət daxil olarsa, AEM-in işçi qrupu tərəfindən məsələ araşdırılacaq və Turanə Nəsibovanın tibbi xidmət göstərdiyi ünvan üzrə plandankənar yoxlama keçirilməsi barədə qərar qəbul edilə bilər. Yoxlama zamanı fakt təsdiqlənərsə, həmin klinika barəsində inzibati protokol tərtib edilərək aidiyyəti üzrə hüquqi addımların atılması üçün müvafiq orqanlara təqdim olunacaq". 

Mərkəz vətəndaşlara müraciətində bildirib ki, onların "Tibb kadrlarının vahid reyestri"ndə adı olmayan, lakin tibbi xidmət göstərən şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına da şikayət etmək hüquqları var:

"Vətəndaşlara tövsiyə olunur ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyət və ya şübhəli hallarla qarşılaşdıqda Analitik Ekspertiza Mərkəzinə aşağıdakı vasitələrlə məlumat versinlər:

“Bir pəncərə” sektoru, Qaynar xətt: (012) 596 05 20, Elektron poçt: [email protected] və Veb-sayt: www.pharma.az (“Müraciət” bölməsi) ilə məlumat verə bilərlər. 

Daxil olan bütün müraciətlər mövcud qanunvericiliyə uyğun araşdırılır və zərurət yarandıqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir",-deyə qeyd olunub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
8
lent.az

10Mənbələr