ain.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yerli mənbələrdən əldə edilən məlumata görə, saat 03:00 radələrində İsrail helikopterləri Yafur bölgəsində hava əməliyyatı həyata keçirib.Turkustan.az xəbər verir ki, qısa müddət Yafurda qalan, sonra isə ayrılan İsrail komandasının gəlişinin səbəbi hələlik məlum deyil.İsrail hərbi qüvvələri ilk dəfə Suriyanın qərbində Livan sərhədində yerləşən Raqla bölgəsinə daxil olaraq əməliyyat keçirib.Bundan əlavə, İsrail ordusu 6 hərbi maşınla Suriyanın cənubundakı Dəranın Saysun kəndinə daxil olaraq patrul xidməti həyata keçirib.Əməliyyatdan sonra İsrail qüvvələri bölgədən geri çəkilib.İsrail bundan əvvəl də Suriyanın müxtəlif bölgələrində analoji hava hücumları həyata keçirib.
Aytən Yaşar/ Turkustan.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.