AZ

Peyvəndlər sonradan xərçəngə səbəb olur? Onkoloqdan açıqlama

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Pandemiya dövründə insanlara tətbiq olunan bəzi peyvəndlər orqanizmin immun sisteminə ciddi təsir göstərib.

Bu barədə BAKU.WS-ə danışan onkoloq İbrahim Əsədli bildirib ki, həmin peyvəndlər insan immunitetinin ahəngini pozaraq, onu zəiflədib.

Mütəxəssisin sözlərinə görə, bu zəifləmə nəticəsində xərçəng xəstəliyi bir çox insanda qəfil şəkildə meydana çıxır:"Xəstəlik formasını dəyişməyib. Sadəcə, insan orqanizminin reaksiyası təhrif olunub. Xərçəng zahirdən gələn bir xəstəlik deyil, daxildən yaranır".

Onkoloq bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ən çox rast gəlinən xərçəng növləri ağciyər, süd vəzi və mədə-bağırsaq xərçəngidir:"Qadınlarda daha çox süd vəzi, kişilərdə isə ağciyər xərçəngi üstünlük təşkil edir".

İbrahim Əsədli əlavə edib ki, əvvəllər xərçəng əsasən 60-80 yaş aralığında müşahidə olunurdusa, son 30 ildə xəstəliyin yaşı əhəmiyyətli dərəcədə cavanlaşıb: "Bu gün 15, 20, 30, 40 yaşlı şəxslərdə, hətta 1 yaşlı uşaqlarda belə xərçəngə rast gəlinir".

Şahanə Xankişiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
baku.ws

2Mənbələr