AZ

Tramp yeni gömrük rüsumları ilə bağlı məktubları ölkələrə nə vaxt göndərəcək?

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp bildirib ki, artıq bu gündən Vaşinqton ABŞ-la ticarət sazişi imzalamayan ölkələrə tətbiq ediləcək gömrük rüsumlarının dərəcələrini göstərən məktublar göndərə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Times” məlumat yayıb.

Tramp cümə axşamı "Air Force One” təyyarəsinə minmədən öncə jurnalistlərlə söhbətində bildirib ki, administrasiya hələ bir neçə ticarət sazişini nəzərdən keçirir, lakin digər ölkələrə məktublar göndərilməsinə "bəlkə də sabahdan" başlanacaq.

"Əyani şəkildə məktub göndərmək və onların hansı gömrük rüsumunu ödəyəcəyini bildirmək daha asandır. Bizim 170-dən çox ölkə ilə əlaqəmiz var və görəsən nə qədər saziş imzalamaq olar?” – deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, gündə təxminən 10-12 məktub göndərməyi planlaşdırırlar və ölkələr 1 avqustdan etibarən bu rüsumları ödəməyə başlamalı olacaqlar.

"Düşünürəm ki, iyulun 9-na qədər bütün məktublar göndərilmiş olacaq”, – deyə Tramp bildirib. Bu tarix ABŞ-la razılaşmaya gəlmək üçün müəyyən edilmiş son müddətdir.

ABŞ prezidenti əlavə edib ki, rüsumların həcmi bəzən 60–70%-ə qədər, bəzən isə 10–20% civarında dəyişəcək.

Xatırladaq ki, daha əvvəl Tramp xəbərdarlıq etmişdi: əgər ölkələr gələn həftəyə qədər ABŞ-la razılığa gəlməsə, onlara qarşı yeni məhdudiyyətlər tətbiq ediləcək.

Apreldə ABŞ "qarşılıqlı” rüsumların artırıldığını elan etmişdi, lakin bu qərarın icrasını 90 günlük danışıqlar dövrü üçün təxirə salmışdı.

Bu rüsumlar 9 aprel tarixindən qüvvəyə minib. ABŞ-a məhsul ixrac edən ölkələr üçün əsas tarif 10% müəyyən olunmuşdu, lakin bəzi ölkələr üçün bu faiz daha yüksək idi.

Eyni zamanda "Financial Times” yazır ki, Trampın tətbiq etdiyi gömrük rüsumları nəticəsində Avropa limanları iflic vəziyyətindədir. Ən ciddi problem Rotterdam, Antverpen və Hamburq limanlarındadır. Bu vəziyyətin bir neçə ay davam edəcəyi gözlənilir.

Niderlandın "Euro-Rijn Group” logistika şirkətinin icraçı direktoru Albert van Ommenin sözlərinə görə, bu qədər ciddi yüklənmə koronavirus pandemiyasından bəri ilk dəfədir yaşanır.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
20
qaynarinfo.az

10Mənbələr