“Yuventus” yeni futbolçu transferini açıqlayıb.
Msport.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Kanadalı hücumçu Conatan Devid azad agent kimi komandaya keçib.
Qeyd edək ki, 25 yaşlı forvard son olaraq Fransada “Lill”in formasını geyinib. O, 2024-25 mövsümündə meydana çıxdığı 49 oyunda 25 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.