AZ

Xoşqədəmin səhhətində PROBLEM YARANDI

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı səhhətində problem olduğunu açıqlayıb.

News24.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə o, “Həmin Zaur” verilişində danışıb.

Aparıcı söyləyib ki, onun səhhətində problem atasının vəfatından sonra yaranıb:

“Mənim üçün atam Allahdan sonra Allahım idi. Atama hədsiz bağlı idim. Bu itki səhhətimə ciddi təsir etdi, müalicə alıram. O stress sağlamlığıma zərər vurdu. İnşallah yaxşı olacaq”.

Daha sonra sualları cavablandıran aparıcı göz yaşlarına hakim ola bilməyib.


Seçilən
6
23
news24.az

4Mənbələr