AZ

Naxırı, sürüsü olan sosial yardım ala bilər? “Hətta hin quşlarının varlığı gəlir sayılır”

ain.az bildirir, Yenisabah portalına istinadən.

“Əgər şəxsin 2 evi, 2 torpaq sahəsi varsa, bu ünvanlı dövlət sosial yardımınının verilməsindən imtina üçün əsasdır. Amma işsizlikdən sığorta ödənişinin verilməsi üçün qanunvericilikdə belə bir əsas nəzərdə tutulmayıb. Şəxsin 2 evi, yaxud 2 torpaq sahəsi olduğu təqdirdə, ona işsizlikdən sığorta ödənişinin verilməsindən imtina edilmir”.

Bu sözləri "Yeni Sabah"a hüquqşünas Aqşin İsgəndərzadə bildirib.

O qeyd edib ki, ünvanlı dövlət sosial yardımı təyin olunan vaxt şəxsi təsərrüfatda iribuynuzlu və ya xırdabuynuzlu heyvanların, hətta hin quşlarının varlığı müəyyən hesablamalar əsasında gəlir kimi götürülür: pizza hut

“Həmin heyvanların olması ünvanlı dövlət sosial yardımının məbləğinə təsir edir. İşsizlikdən sığorta ödənişi hesablanan vaxt isə  həmin heyvanların olub-olmaması elə də əhəmiyyət kəsb etmir. Çünki şəxsə işsizlikdən sığorta ödənişi ona görə verilir ki, o, işini itirib və bunu kompensasiya etmək üçün yeni iş yeri tapana qədər nə ilə isə dolanmalıdır. 

Yəni ünvanlı dövlət sosial yardımı daha fərqli müavinətdir. Onun məbləği təyin edilərkən heyvanın iri yaxud xırdabuynuzlu olması, hətta heyvanların sayı nəzərə alınır”.

Nazim Hacıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
39
yenisabah.az

10Mənbələr