
Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmi şəkildə tanıdığını açıqlayıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Xarici İşlər Nazirliyi bunu təsdiqləyir”, – deyə qurumun açıqlamasında bildirilib.Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov bəyan edib ki, bu qərar Rusiya Prezidenti Vladimir Putin tərəfindən, XİN rəhbəri Sergey Lavrovun təklifi ilə qəbul olunub. Səfirin sözlərinə görə, bu addım iki ölkə arasında tammiqyaslı tərəfdaşlıq qurmaq istəyinin göstəricisidir. “Bu, Rusiya prezidentinin prinsipial qərarıdır və Əfqanıstanla münasibətləri inkişaf etdirmək niyyətimizi ortaya qoyur,” – deyə səfir vurğulayıb.Ulusum.az
Diqqət Çəkənlər
Qaraciyərin piylənməsi: İncə bədən, amma gizli təhlükə
Xankəndidə Konqres Mərkəzi açılıb - FOTO
Modanın imperatoru bu villada cəmi bir gecə qalmışdı – Malikanə milyonlara satıldı - FOTO