AZ

Pezeşkian: Qonşu ölkələrlə əməkdaşlığa xüsusi önəm veririk

XANKƏNDİ, 4 iyul. TELEQRAF

"İran iqtisadiyyatının inkişafı naminə qonşu ölkələrlə əməkdaşlığa xüsusi önəm verir".

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.

"Bu baxımdan, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammitində aparılan müzakirələrin əsas mövzularından biri də üzv ölkələr arasında azad ticarət zonalarının yaradılmasıdır. Bu məqsədə nail olmaq üçün bir sıra konkret addımların atılması zəruridir.

Bu istiqamətdə ən vacib platformalardan biri də məhz ECO çərçivəsində qurulan əməkdaşlıq mexanizmləridir. İran bu formatın regional iqtisadi inteqrasiyanı sürətləndirəcəyinə və üzv ölkələrin rifahına töhfə verəcəyinə inanır".

Seçilən
3
41
teleqraf.com

9Mənbələr