Oxumeni.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Konor Makqreqoru 10 il həbs cəzası gözləyir
Məşhur irlandiyalı qarışıq döyüş ustası Konor Makqreqoru 10 il həbs cəzası gözləyir. Bəzi İrlandiya və Britaniya qəzetləri müvafiq başlıq ilə çıxıb.
Bildirilir ki, Makqreqor 10 ilədək həbs cəzası ala biləcək Nikita Hend işində yalan ifadə verməkdə təqsirli bilinə bilər. Bundan əvvəl İrlandiya Mülki Məhkəməsi idmançını qıza təcavüz etməkdə təqsirli bilib. Qeyd edilib ki, döyüşçü 2018-ci ildə zorakılıq əməlləri törədib.Məhkəmənin qərarından sonra Makqreqor onun təqsirsizliyinə dair sübut təqdim edəcəyinə söz verib.
Konor Makqreqor media nəşrlərinə cavab verib. "Media sadəcə iyrəncdir. Açıq məhkəmə iclası zamanı qarşı tərəfin vəkilləri elə ilk gün açıq-saçıq yalanlara qapıldılar, lakin bu barədə bir kəlmə də deyilməyib. Ayıbdır. Nə vaxtsa bu qədər axmaqlıq edib həyatımı riskə atacağımı düşünmək. Belə də davam edə bilərsiniz", - Makqreqor sosial şəbəkədəki səhifəsində yazıb, lakin sonradan mesajı silib.
Makqreqor qarışıq döyüş növləri üzrə 28 döyüş keçirib, 22-də qalib gəlib, 6-da məğlub olub.
Almaz Həsənli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.