AZ

Alman ruhu, macar göz yaşları: Bern möcüzəsi

ain.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbol tarixinin ən dramatik və yaddaqalan final oyunlarından biri məhz 1954-cü ilin bu günü - iyulun 4-də baş verib.Belə ki, İsveçrənin Bern şəhərində təşkil olunan dünya çempionatının finalında Qərbi Almaniya gözlənilməz nəticəyə imza ataraq turnirin aşkar favoriti olan Puşkaşlı Macarıstanı 3:2 hesabı ilə məğlub edib.

Matçın startında, 8 dəqiqə ərzində iki qol buraxan almanlar, qısa zaman ərzində toparlanaraq əvvəlcə Maks Morlokla fərqi azaldıb, daha sonra Helmut Ranın dublu ilə tarixi qələbəni təmin ediblər.

Halbuki turnirin qrup mərhələsində Macarıstan Almaniyanı 8:3 hesabı ilə darmadağın etmişdi.Finaldakı bu nəticə futbol tarixində “Bern möcüzəsi” kimi dəyərləndirilir.

Qərbi Almaniyanın bu qələbəsi təkcə idman uğuru kimi deyil, həm də II Dünya Müharibəsindən sonra ölkənin beynəlxalq imicini bərpa etməsi baxımından böyük önəm daşıyıb. Eyni zamanda bu oyun dünya futbolunda taktiki yanaşmalara və oyun fəlsəfəsinə ciddi təsir göstərən dönüş nöqtəsi kimi qəbul olunur.

Türkiyəli futbolçu İtaliya yolunda - "ROMA" ONU İSTƏYİR

Terimin əvəzinə ispaniyalı məşqçi

"Fluminense" - "Əl-Hilal" bu kanalda yayımlanacaq

Qittens rəsmən "Çelsi"də

"Milan"dan 23 milyon avroluq transfer - RƏSMİ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
21
apasport.az

10Mənbələr