Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman ABŞ prezidenti Donald Tramp və digər Ağ Ev rəsmiləri ilə İranla gərginliyin azaldılması səylərini müzakirə etmək üçün gizli görüş keçirib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazır.
Danışıqlarda həmçinin Qəzza zolağında müharibəyə son qoyulması və Yaxın Şərqdə sülhün əldə olunması üçün işlərin müzakirə olunacağı bildirilib.
Mənbələr həmçinin “bütün cəbhələrdə irəliləyiş və nikbinliyin olduğunu” bildiriblər.