AZ

Bu qidalar sonsuzluq yaradırmış DİQQƏT!

ain.az, Sfera.az portalına istinadən məlumat yayır.

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və genetik faktorlarla yanaşı, qidalanma vərdişləri də mühüm rol oynayır. Araşdırmalar göstərir ki, bəzi gündəlik istifadə etdiyimiz qidalar uzunmüddətli dövrdə hormonal disbalansa, yumurtlama pozğunluqlarına və sperm keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər.

Sfera.az elmi araşdırmalara, rəsmi mənbələrə əsaslanaraq hansı qidaların sonsuzluq təhlükəsi yaratdığını təqdim edir.

Siyahının başında səssiz təhlükə olan trans yağlar dayanır.

Sənaye üsulu ilə hazırlanmış, uzunmüddətli saxlanmaya uyğunlaşdırılmış məhsullarda tez-tez rast gəlinən trans yağlar sonsuzluq riskini artıran əsas amillərdən biridir. “Fast-food”, hazır peçenyelər, kartof qızartmaları kimi məhsullarda bol olan bu yağlar, qadınlarda yumurtlama prosesinə zərər verir, kişilərdə isə sperm hərəkətliliyini zəiflədir.

Növbəti təhlükə mənbəyi isə şəkərli içkilərdir.

Qazlı və şəkərli içkilər (xüsusilə kola, enerji içkiləri) insulin səviyyəsini sürətlə artırır. Bu isə polikistik yumurtalıq sindromu (PCOS) riskini artırmaqla yanaşı, bədəndə hormonal tarazlığı pozur. Sonsuzluqdan əziyyət çəkən bir çox qadında bu sindroma rast gəlinir.

İşlənmiş ətlər də ən təhlükəli hesab olunan qidalardandır.

Sosiska, kolbasa, konservləşdirilmiş ətlər tərkibində çoxlu miqdarda konservantlar və hormon tənzimləyici maddələr daşıyır. Mütəxəssislər bildirir ki, bu cür qidaların tez-tez istifadəsi qadınlarda menstruasiya pozğunluqlarına, kişilərdə isə testosteron səviyyəsinin azalmasına səbəb ola bilər.

Ağ un və rafinə karbohidratlar

Ağ çörək, makaron, keks və digər “boş karbohidratlar” qanda şəkərin sürətli artımına və nəticə etibarilə metabolik pozğunluqlara gətirib çıxarır. Bu cür qidalar həmçinin piylənməyə səbəb olur ki, bu da reproduktiv orqanların funksiyasına mənfi təsir edir.

Qeyri-pasterizə olunmuş süd məhsulları və infeksiya riski

Xüsusilə pasterizə olunmamış pendir və qatıq kimi məhsullar, tərkibindəki bakteriyalar səbəbilə reproduktiv orqanlarda infeksiyalara yol aça bilər. Bu isə hamilə qalmağa ciddi əngəl yarada bilər.

Ən təhlükəli qida isə alkoqol və kofeindir.

Həm alkoqol, həm də yüksək dozada kofein istehlakı (xüsusilə enerji içkiləri ilə) qadınlarda erkən menopauza riskini artırır, kişilərdə isə sperm keyfiyyətini ciddi şəkildə azaldır. Gündəlik olaraq 200 mq-dan artıq kofein qəbul edən qadınlarda hamilə qalmaq ehtimalı əhəmiyyətli dərəcədə aşağı olur.

Bir sıra həkim, mütəxəssislər bildirirlər ki, sonsuzluğun bir çox səbəbi olsa da, düzgün qidalanma və sağlam həyat tərzi bu problemin qarşısını almaqda əhəmiyyətli rol oynayır. Səhhətində problem olmayan şəxslər belə bu qidaları mümkün qədər azaltmalıdır.

Bəs sonsuzluqdan qorunmaq üçün hansı qidalara üstünlük verilməlidir? 

Mütəxəssislərin fikirlərinə əsasən, sonsuzluqdan qorunmaq bu amillərə diqqət yetirin:

Təzə meyvə və tərəvəzlərə üstünlük verin.

Omega-3 ilə zəngin qidalar (balıq, qoz, zeytun yağı) qəbul edin.

Alkoqoldan və siqaretdən uzaq durun.

Günlük su qəbulunu artırın və aktiv həyat tərzini seçin.

Bəsti Rəfizadə

Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
33
sfera.az

10Mənbələr