AZ

Milli Məclisin sədrindən deputata: Zarafatınız yaraşmadı...

ain.az bildirir, Sfera.az saytına əsaslanaraq.

"Polisin gecəsi-gündüzü yoxdur. Amma ən az maaş alanda onlardır".

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilın  növbədənkənar sessiyası üzrə iclasında deputat Aqil Abbas deyib.

Onun sözlərinə görə, hazırda Milli Məclisdə müzakirə olunan  “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi gecikmiş layihədir:

"Azərbaycan polisi postsovet məkanında ölkənin təhlükəsizliyinin formalaşdırılmasında ən fəal iştirak edənlərdir. Onların sosial şəraiti gücləndirilməlidir. Keçmişdə pambıq yığırdılar. Təsərrüfat rəhbərləri, kolxoz sədrləri ailəsini uşağını 5-6 ay görə bilmirdilər. Səhər 5-də gedirdilər, axşam 2-də evə gəlirdilər. Keçmişdə belə zarafat var idi ki, oğul görürdü yataq otağından bir kişi çıxır onu tanımırdı. Həmin adam deyirdi mən sənin atanam. İndi polis işçiləri də belə fəaliyyət göstərirlər, gecə-gündüz işdədirlər. Biz gecə rahat yatırıqsa, bizi qoruyan polisdir. I və II Qarabağ savaşında da polislər qəhrəmanlıq göstəriblər. Polisin 62 Milli Qəhrəmanı var. Mən çox arzulayıram ki, polislərin maaşı artırılsın”. 

Sədr isə bildirib ki, bu zarafat polisə heç yaraşmadı.

Firuzə Əliyeva

Sfera.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
50
sfera.az

10Mənbələr