AZ

“Fənərbaxça”nın İstanbula gətirdiyi futbolçu barədə müəmma davam edir

ain.az bildirir, Mia.az portalına istinadən.

“Fənərbaxça”nın İstanbula gətirdiyi futbolçu barədə müəmma davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iyulun 1-də İstanbula, oradan isə birbaşa qalacağı otelə helikopterlə aparılan Con Duranla nə rəsmki müqavilə imzalanıb, nə də bir məlumat açıqlanıb.

Yaranmış müəmmalı vəziyyətlə bağlı açıqlama verməkdən yayınan klub rəhbərliyi vəziyyəti daha da dramatikləşdirb.

Türkiyə mətbuatı isə yazır ki, klub Con Duranla bir deyil, iki illik müqavilə imzalamaq istıəyir: "Problem əsas müqavilənin müddəti və sonrakı il üçün maaş məsələsidir. Belə k, bir illik anlaşma olarsa, onun maaşını hazırda üzvü olduğu "Əl-Nassr" komandası verəcək. İstanbul klubu isə uyalnız 21 yaşlı futbolçunun agentinə 6 milyon avro civarında transfer xərci ödəyəcək. İkinci ilin maaşını isə ərəblər ödəmək istəyir, üstəlik, iki illik müqaviləyə də müsbət yanaşılmır"

Fərid ASLAN

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
12
mia.az

10Mənbələr