Ajans.az xəbər verir ki, İsrail əsgərləri Suriyada beş saatlıq əməliyyat keçirərək , səhər tezdən üç helikopterdən Dəməşqdən on kilometr aralıda yerləşən Yafur yaşayış məntəqəsinə eniş edib. Bu barədə Əl Mayadeen telekanalı məlumat verib. “İsrail xüsusi təyinatlıları Dəməşq ətrafında, paytaxtdan təqribən on kilometr aralıda yerləşən Yafur bölgəsində desant atışı həyata keçirib”, - məlumatda deyilir. Al Mayadeen-in məlumatına görə, İsrail qüvvələrinin hədəfi əvvəllər Suriya Respublika Qvardiyasına məxsus olan baza olub. Lakin İsrail hərbçiləri əməliyyat başa çatdıqdan dərhal sonra Suriya ərazisini tərk ediblər. Bundan əvvəl məlum olub ki, İsraillə münasibətlərin normallaşdırılması üzrə danışıqlar zamanı Suriya artıq onun ilhaq etdiyi Colan təpələrinin qaytarılmasını tələb etmir. Dəməşq həmçinin ölkənin cənub sərhədində təhlükəsizlik tədbirlərinin dəqiq müəyyən edilməsini tələb edir.