AZ

HƏMAS İsrailin atəşkəs təklifinə cavab verib

İsrailin “Ynet” xəbər portalı xəbər verir ki, HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs təklifinə razılıqla cavab verib. Fələstin hərəkatı öz cavabını vasitəçilərə çatdırıb və tezliklə atəşkəslə bağlı qərar elan olunacaq.

HƏMAS daha əvvəl dəfələrlə vurğulamışdı ki, sazişdə “Qəzzada atəşkəs, İsrail qoşunlarının oradan çıxarılması və anklav ərazisinə humanitar yardımların idxalı üçün təminat” daxil edilməlidir.

Bu həftənin əvvəlində “Maan” agentliyi yazıb ki, 60 günlük atəşkəs təklifinə 10 girovun azad edilməsi və 18 cəsədin İsrailə təhvil verilməsi də daxildir. Təklifdə İsrail ordusunun Qəzza zolağının cənubunda, Rəfah və Xan Yunis şəhərləri arasından keçən Moraq xəttinin arxasına çəkilməsi ilə bağlı bənd də var.

//Samir Qurbanov, Editor.az

Seçilən
4
2
editor.az

10Mənbələr