Bakı. Trend:
Milli Məclis Media Reyestrində olmadan fəaliyyət göstərən çapmediası subyektlərinin 5 min manatadək cərimələnməsini birincioxunuşda qəbul edib.
Trend xəbərverir ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklayihəsi parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyasıüzrə növbəti iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Media Reyestrində olmadan fəaliyyət göstərənçap mediası subyektinin çap mediası məhsulunun, həmin subyekt,nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımına görəfiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 500manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğədək cərimə ediləcək.
Yayıcı dedikdə nəşriyyatla və ya (naşirlə) müqavilə bağlamaqlayaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını vəsatışını həyata keçirilən fiziki və hüquqi şəxs başa düşülür.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq birincioxunuşda qəbul edilib.