AZ

Çin Rusiyanın Ukrayna münaqişəsində uduzmasına imkan verməyəcək, çünki…

Çin Rusiyanın Ukrayna münaqişəsində uduzmasına imkan verə bilməz, çünki bu, ABŞ-ın diqqətini Asiyaya yönəltməyə şərait yaradacaq.

Editor.az bildirir ki, bunu Çinin xarici işlər naziri Van Yi Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas ilə qapalı görüşdə bildirib. Nəşrin məlumatına görə, Vanq Yi münaqişənin uzadılmasının Pekinə sərfəli olduğunu izah edib: ABŞ diqqətini Ukraynaya yönəltdiyi halda, Çin strateji pəncərə əldə edir. Eyni zamanda, nazir hərbi və ya maliyyə yardımı ilə bağlı ittihamları rədd edərək deyib: “Belə yardım göstərilsəydi, münaqişə daha tez bitərdi”. Qəzet yazır ki, Avropa rəsmiləri onun səmimiyyətindən heyrətləniblər.

Aİ-nin press-relizinə görə, xanım Kallas “Rusiya hərbi-sənaye kompleksinə istənilən maddi dəstəyin” dayandırılmasını tələb edib və Çin şirkətlərinin Rusiya Federasiyası ilə əməkdaşlığından narahatlığını bildirib. Buna cavab olaraq Van Yi Çin banklarının Rusiya əleyhinə sanksiyaların 18-ci paketinə daxil ediləcəyi təqdirdə əks tədbirlər barədə xəbərdarlıq edib: “Çin Birləşmiş Ştatlar deyil və Amerikanın inkişaf yolu Çinə proqnozlaşdırılmamalıdır”, – deyə nazir Pekinin sülh yolu ilə nizamlanmaya sadiqliyini xatırladıb. Görüş Aİ-Çin sammitindən əvvəl baş tutub və burada “cazibədar diplomatiya” gözləntiləri özünü doğrultmayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
9
8
editor.az

10Mənbələr