Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ukrayna hökumətinin iyul ayının ortalarında istefaya göndərilməsi ehtimal olunur.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Dmitri Razumkov “Politeka Online” “YouTube” kanalına verdiyi müsahibədə bildirib.
“Məncə, hökumətin istefası 15-17 iyul tarixləri arasında baş verə bilər”, – deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti bu prosesi mümkün qədər uzatmağa çalışır.
Xatırladaq ki, bundan əvvəl Ali Radanın digər deputatı Yaroslav Jeleznyak da iyulun 15-də Ukrayna Nazirlər Kabinetində dəyişikliklərin olacağını bildirib. O, hazırkı Baş nazir Denis Şmıqalın istefasından sonra bütün nazirlərin də vəzifədən gedəcəyini, yeni hökumətə isə Yuliya Sviridenkonun rəhbərlik edəcəyi proqnozlarını verib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.