AZ

Ekrem İmamoğlu barəsində 8 il 9 ay həbs və siyasi qadağa tələb olundu

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində vəzifəsindən uzaqlaşdırılan və həbsdə saxlanılan Ekrem İmamoğlu barəsində "saxta diplom"la bağlı iddianamə tamamlanıb. Prokurorluq İmamoğluna qarşı 8 il 9 ay həbs cəzası və siyasi fəaliyyətlə məşğul olmaq qadağası tələb edib.

Oxu.Az bu barədə "Türkiye Gazetesi"nə istinadla xəbər verir.

İddianamədə prokurorluq İmamoğlunun diplomu "hiylə ilə əldə etdiyi"ni və "sənəd saxtakarlığı cinayətinə şərik olduğu"nu bildirib.

Bu, İmamoğlu ilə bağlı istənilən üçüncü siyasi qadağadır. Daha əvvəl Yüksək Seçim Qurumu (YSK) üzvlərinə təhqir səbəbi ilə 2 il 7 ay həbs və siyasi qadağa, Tuzla Bələdiyyə Başçısı Şadi Yazıcıya təhqir ittihamı ilə isə 2 il 4 ay həbs və siyasi qadağa tələb olunmuşdu.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
17
oxu.az

10Mənbələr