Ukrayna mətbuatı “Zirə” və “Dinamo” (Kiyev) arasında “qartallar”ın cinah oyunçusu Salif Suma ilə bağlı danışıqların gedişi barədə məlumat yayıb.
Sportal.az “TaToTake” portalına istinadən xəbər verir ki, ukraynalı jurnalist Mixail Spivakovski Suma üçün 1,5 milyon avronun tələb olunduğunu bildirib:
"Dinamo"nun Salif Suma ilə bağlı danışıqları hardasa bir ildir ki, davam edir. O, universal vingerdir. Onun hansı cinahda daha yaxşı göründüyünü hələ tam başa düşmək olmur, solda, yoxsa sağda. Suma əvvəlki mövsümündən daha yaxşı çıxış edib. Onun 34 matçda statistikası belədi:12+7. “Transfermarkt”da futbolçunun qiyməti 1,2 milyon avrodan aşağıdır. Amma transfer söhbəti 1,5 milyon avro səviyyəsindədir".
21 yaşlı qvineyalının “Zirə” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi