AZ

Hindistan raketləri ilə Türkiyəni vurmağa hazırlaşırlar – Yunanıstan odla oynayır

Türkiyənin Pakistanla ənənəvi dostluğundan və yaxınlığından narahat olan Hindistan Yunanıstana raket sataraq Ankaranı qorxutmağa çalışıb.

KONKRET.az xəbər verir ki, Qarabağda zəfər gətirən Türkiyə-Azərbaycan əməkdaşlığının bölgədə “türk ittifaqı” panikasına səbəb olduğuna diqqət çəkən jurnalist Ardan Zentürk sonrakı prosesləri belə şərh edib:

HƏR ŞEY QARABAĞDA QƏLƏBƏ İLƏ BAŞLADI

Türkiyənin fəal iştirak etdiyi, fəal tərəf olduğu münaqişədə Pakistan da təbii olaraq tərəf oldu. Azərbaycan Müdafiə Nazirliyinin binasında Pakistan və Türkiyə bayraqları ilə yanaşı Azərbaycanın şanlı bayrağının asıldığı gün Hindistan birdən-birə dəyişdi. Çünki anladı ki, Türkiyə, Azərbaycan, Pakistan inanılmaz bir ayparadır və orduları getdikcə böyüyür və xüsusilə Pakistanın nüvə kimliyi ilə özünü göstərdiyi bir tənlikdə Qafqaz, Xəzər dənizi, Orta Asiya vasitəsilə bütün Asiya siyasətlərinə təsir edə bilirlər… Yəni həlledici güclər var, məsələn, Çin, Rusiya. Türkiyə, Pakistan və Azərbaycan Yaponiya, Cənubi Koreya və digərlərindən daha təsirli və güclü kimliklə hər kəsin qarşısına çıxmaq gücünə sahib olur.

Bu situasiyada Hindistan öz üzərinə vəzifə götürdü. Orada deyilirdi ki, erməniləri qorumaq lazım olacaq. Əvvəlcə Ermənistanla strateji əməkdaşlıq müqaviləsi imzalandı. Sonra dərhal hava hücumundan müdafiə sistemləri və artilleriya batareyaları hədiyyə edərək Ermənistan ordusuna dəstək oldu. Bu dayanmadı. 2021-ci ildən etibarən Cənubi Kiprin yunan administrasiyası ilə görüşdü. Bu arada Amerika Konqresindəki yunan, erməni və hind lobbisi anti-Azərbaycan, anti-türk və anti-Pakistan ittifaqı imzaladılar. Bu vəziyyət belə inkişaf etdi. Yunan tərəfdə Hindistan donanması zühur etməyə başladı. Yunan və Hindistan donanmalarının Şərqi Aralıq dənizində Egeyin aşağı hissəsində keçirdiyi birgə təlimə baxdıq. İsrail də işə qarışdı. İsrail Hindistanın bir nömrəli müttəfiqidir. Onların razılaşdıqları əsas məqam islamafobiyadır. Onlar İslam düşmənçiliyi mövzusunda həmfikirdirlər.

Hindistan indi nə edir? İndi Yunanıstana Türkiyə üçün zəhər ola biləcək bir təklif gətirir. Yunan mətbuatında yer alan xəbərə görə, Yunanıstana özünün BRAHMOS səsdən sürətli qanadlı raketlərini təklif edir. Bu raketlə qurudan atəş açılan zaman 1500 km, dəniz platformasından isə 1000 km uzaqlıqdakı hədəfi səhvsiz vura bilər. Hindistan Hərbi Hava Qüvvələrinin komandanı bu yaxınlarda Afinada idi. O, yunan həmkarı ilə görüşüb. Sonra Rafaellər simulyasiyaları üzərində çox dayandılar. Lakin, bildiyiniz kimi, Pakistan Hindistanın istifadə etdiyi Rafaelləri məhv edib. Üstəlik, onları Çin təyyarələri ilə vurub. İndi Türkiyə və Pakistana qarşı Fransa təyyarələrinə üstünlük verib. Yunanıstan və Hindistan bu inkişafdan ciddi şəkildə narahatdır. Bəs bu Rafaellər türk F16-larına heç nə edə bilməzmi?

Bunu Türkiyəyə qarşı böyük bir çəkindirici, Hindistanın isə Türkiyəyə qarşı bir cəzası olaraq gördükləri bildirilir. Çünki hindlilər Türkiyənin raketlər, silahlar, elektron müharibə və s. məsələlərdə Pakistana sıx dəstək oldu. Bu isə son 5 günlük hava münaqişəsində özünü göstərdi. Ona görə də Türkiyəyə qarşı qisasçı vəziyyətdədirlər. Hindistanın Brahmos raketləri əvvəldə qeyd etdiyim qanadlı raketlərdən kiçikdir, lakin yenə də çox təsirlidir. Qurudan raketlər 800 km uzaqlığa, dəniz platformasından 550 km məsafə qət edə bilir. Bunlar Türkiyə ilə Yunanıstan arasında çox önəmli rəqəmlərdir. Yəni onu yunan gəmisinə yerləşdirəndə İzmiri vurmaq olar. Kiriyakos Mitçotakis bu təfəkkürlə yaşasa, başına bəla olacaq. Artıq Brahmoslar Ege adalarına yerləşdirmək planlaşdırılır. Bu, çox yeni geosiyasi vəziyyətdir. Anladığım qədər, Hindistan İsrailin təhriki ilə Yunanıstan vasitəsilə Türkiyə ilə hesablaşmanın ardıncadır”.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
0
11
konkret.az

10Mənbələr