AZ

Dövlət qurumlarının sərəncamındakı vəsaitlərlə bağlı vahid yanaşmanın tətbiq edilməsi təklif olunur

Azərbaycanda dövlət qurumlarının sərəncamındakı vəsaitlərlə bağlı vahid yanaşma tətbiq edilməlidir.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən növbəti iclasında - Polis haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Həmin vəsaitlərin xərclənməsi ilə bağlı müxtəlif dövlət qurumlarında fərqli yanaşmalar - fərqli faizlər tətbiq olunur. Bu faizlərin müəyyən edilməsində hansısa meyar varmı? Yaxşı olardı ki, vahid yanaşma tətbiq edilsin, vahid- fiks faizdən istifadə olunsun", - deyə o qeyd edib.

Xatırladaq ki, qanunda edilmiş dəyişikliyə görə, bundan sonra yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 %-nin onların sosial müdafiəsi üçün yaradılan xəzinə hesabına əlavə olunması nəzərdə tutulur.

Seçilən
5
50
banco.az

10Mənbələr