“Fənərbaxça”nın keçmiş prezidenti Aziz Yıldırım Viktor Osimheni razı salmaq üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, Aziz Yıldırımın futbolçunu razı salmaq üçün Nigeriyadakı əlaqələri ilə müdaxilə etdiyi iddia edilib. “Fotospor”da yer alan xəbərə görə, futbolçunun vətəni Nigeriyada layihələri olan Əziz Yıldırım hətta müdafiə nazirini də futbolçunu razı salmaq üçün hərəkətə keçirdiyi bildirilib. Türkiyə mediasının iddiasına görə, "Fənərbaxça"nın prezidenti Ali Koç Viktor Osimhenin transferi üçün "Napoli" tərəfi ilə bir araya gəlib. “Fənərbaxça"nın futbolçu üçün “Napoli”yə 75 milyon avroluq təklif etdiyi qeyd edilib. "Qalatasaray", "Fənərbaxça" və "Əl Hilal"dan transfer təklifi alan Viktor Osimhenin hələ hansısa klubu seçmədiyi iddia edilib.