AZ

Türkiyə Kərkük və türkmənlərlə bağlı İraqa etiraz etdi

“Türkiyənin əsas gözləntisi türkmən soydaşlarımızın İraqın siyasi və dövlət strukturunda layiqincə təmsil olunmasıdır”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli deyib.

“Bu məsələ xüsusilə Kərkükdə Əyalət Şurası başda olmaqla, bütün dövlət qurumlarında ediləcək təyinatlar kontekstində önəmlidir.

Türkmən əhalisinin sıx məskunlaşdığı Kərkükün Altunköprü bələdiyyəsinə qeyri-türk rəhbərin təyin edilməsi haqlı olaraq türkmən icmasında narahatlıq və məyusluq yaradıb. Etnik və dini müxtəlifliyi ilə İraqın kiçik bir modelini təşkil edən Kərkükün sülh və sabitliyi bütün İraqın sülh və sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu çərçivədə Kərkükdə baş verən proseslər ölkəmiz tərəfindən yaxından və həssaslıqla izlənilir”, - diplomat vurğulayıb.

Seçilən
1
50
teleqraf.com

10Mənbələr