AZ

Naxçıvanda torpaq sahələri hərrac yolu ilə mülkiyyətə və icarəyə verilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzi 10 yerli bələdiyyəyə məxsus 8 torpaq sahəsinin mülkiyyətə, 5 torpaq sahəsinin isə icarəyə verilməsi ilə bağlı hərrac keçirib.

"Report"un yerli bürosu xəbər verir ki, rəqabətli keçən hərracda qeydiyyatdan keçən 26 sifarişçi iştirak edib, onlardamn 13-ü hərracın qalibi olub.

Növbəti belə hərrac iyulun 22-də təşkil olunacaq.

Ətraflı məlumatı http://emlak.nakhchivan.az/ və http://auksion.nmr.az saytlarından əldə etmək olar.

Seçilən
11
26
report.az

10Mənbələr