AZ

Perinatal Mərkəz tibbi cihazlar ala bilmir

“Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxsin tibbi cihazlar, avadanlıqlar və alətlərin alınması ilə bağlı elan etdiyi tender lığv olunub.

 

Pravda.az-ın xəbərinə görə, səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

 

Tenderin dəyəri 1 121 502 AZN olub.

 

Cabir Həsənov

Tarix: 4 İyul 2025, 11:49   
Seçilən
54
12
pravda.az

9Mənbələr