AZ

Türkiyə parlamentində kütləvi zəhərlənmə: 100-dən çox deputat... - Nə baş verib?

  Türkiyə Böyük Millət Məclisində (TBMM) zəhərlənmə şübhəsi ilə 100-dən çox deputat və parlament işçisi ishal, qusma və halsızlıq şikayətləri ilə xəstəxanaya müraciət edib.

Baş verən hadisənin ardından parlamentdə panika yaşanıb.

Hadisə ilə bağlı Yeniyol Partiyasının deputatı Sema Silkin Ün açıqlama verib. “Səhərdən bəri dayanmadan qusuram. Çöldən heç nə yeməmişəm, yalnız TBMM-in yeməkxanasında yemişəm”, – deyə o bildirib.

Qida zəhərlənməsi ehtimalına qarşı TBMM Dəstək Xidmətləri İdarəsi məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, yeməklərdə hər hansı zəhərlənmə əlamətinə rastlanmayıb. Hadisənin Ankara ərazisində yayılan mümkün bir infeksiyadan qaynaqlana biləcəyi ehtimal edilir.

Bəzi parlament əməkdaşları isə səbəbin içməli su ilə bağlı ola biləcəyini iddia edib:
“Cihazlar şəbəkə suyunu kifayət qədər təmizləməyə bilər. Eyni yeməyi yeməsək də oxşar simptomlar yaşayırıq. Suyun mənbəyi mütləq araşdırılmalıdır”, – deyə onlar qeyd ediblər.// Publika.az 


Seçilən
4
4
referans.az

10Mənbələr