“Bu gündən etibarən Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzində Mətbuat və İnformasiya Şöbəsinin Rəhbəri olaraq fəaliyyətə başladığımı məmnuniyyətlə bildirirəm”.
Dərgi.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə tanınmış aparıcı Vasif Akifli yazıb.O yeni işi ilə bağlı bu sözləri qeyd edib:
“Loqos-un cəmiyyətə faydalı psixoloji və inkişaf yönümlü fəaliyyətlərini daha geniş auditoriyaya çatdırmaq, maarifləndirici layihələri işıqlandırmaq və ictimaiyyətlə effektiv kommunikasiya qurmaq üçün çalışacağam.
Əlavə olaraq, bu mövsüm əvvəlki illərdə aparıcılığını etdiyim “Loqos’la Danışır Psixoloq Verilişi”ni yeni formatda, daha fərqli yanaşma ilə, həftə içi 5 gün canlı yayımda izləyə biləcəksiniz. Yeni mövzular, canlı qonaqlar və interaktiv formatla hər birinizə daha faydalı olmaq üçün yenidən görüşə gəlirik.
Uşaqların, yeniyetmələrin və böyüklərin inkişaf yolunda atılan hər addımın doğru işıqlandırılması və peşəkar informasiya ilə çatdırılması üçün bu yeni mərhələdə əlimdən gələni edəcəyəm”.