AZ

Paşinyan: Ümid edirəm ki, ABŞ uzun müddətdir gözlənilən sülhə töhfə verəcək

ABŞ Cənubi Qafqazda uzun müddətdir gözlənilən sülh, sabitlik və rifahın qurulmasına fundamental töhfə verəcək.

Adalet.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-nin Müstəqillik Günü münasibətilə ölkə Prezidenti Donald Trampa ünvanladığı təbrik məktubunda deyilir.

"Münaqişələrin dayandırılması və dünyada sülhün qurulması ilə bağlı baxışınızı yüksək qiymətləndirirəm. Ümid edirəm ki, sizin rəhbərliyiniz altında ABŞ Cənubi Qafqazda uzun müddətdir gözlənilən sülh, sabitlik və rifahın qurulmasına fundamental töhfə verəcək", - məktubda qeyd olunub.

Seçilən
15
50
adalet.az

10Mənbələr