AZ

İki türk dövləti arasında torpaq mübadiləsi

Yazını böyüt
Yazını kiçilt

Qırğızıstanın Nazirlər Kabineti Oş vilayətində Qırğızıstan - Özbəkistan dövlət sərhədində Özbəkistanın verdiyi iki torpaq sahəsinin dövlət mülkiyyətinə verilməsi barədə qərar qəbul edib.

Hafta.az-ın yazdığına görə, bu barədə 24.kg məlumat yayıb.

Birinci sahə 100 hektar olub Karasu rayonundakı 312/4 və 312/6 saylı sərhəd məntəqələri arasında yerləşir. İkinci sahə 198,44 hektar olub Aravan rayonu ərazisində 324 və 328 saylı məntəqələr arasında yerləşir.

Qeyd olunan qərarlar 2022-ci il noyabrın 3-də Bişkekdə imzalanmış “Qırğızıstanla Özbəkistan arasında dövlət sərhədinin bəzi hissələri haqqında Sazişin ratifikasiyası haqqında” qanunun icrası çərçivəsində qəbul edilib.

Qırğızıstan tərəfi bir ay ərzində həmin ərazilərin inventarlaşdırılmasını aparacaq və dövlət reyestrində qeydiyyata alacaq. Qarasuv və Aravan rayonlarının icra hakimiyyətləri torpaq sahələrini təyinatı üzrə istifadəni təmin etməklə Karasuv və Kərmə-Too rayonlarına pulsuz istifadəyə verəcəklər.

Qərarın icrası ilə bağlı tədbirlərin maliyyələşdirilməsi yerli büdcələr hesabına həyata keçiriləcək. Həmçinin dövlət sərhədinin demarkasiyası prosesi başa çatdıqdan sonra yeni inzibati sərhəd xəritəsi hazırlanacaq və sənədlərə əlavələr ediləcək. Qərar yeddi gündən sonra qüvvəyə minəcək.

Seçilən
5
25
hafta.az

10Mənbələr