AZ

Millinin keçmiş qapıçısı dünyasını dəyişdi

style='margin-bottom:10px;'>

Nigeriya millisinin sabiq qapıçısı Peter Rufai vəfat edib.

QOL.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Keçmiş qolkiper 61 yaşında dünyasını dəyişib.

Futbolçu 1994-cü ildə Nigeriya millisi ilə Afrika Millətlər Kubokunun qalibi olub.

O, Belçika, Niderland, İspaniya və Portuqaliyada bir sıra klublarda çıxış etməyi bacarıb. Peter Rufai "Deportivo"nun heyətində 9 matçda meydana çıxıb.

Peter Rufai milli komanda ilə iki dəfə dünya çempionatında (1994, 1998-ci illər) çıxış edib. Ümumilikdə, qapıçı yığmanın heyətində 66 oyun keçirib, 1 dəfə Afrika Millətlər Kubokunun seçmə mərhələsində Efiopiya ilə oyunda penaltidən qol vurub.

Seçilən
40
2
teleqraf.com

6Mənbələr