AZ

Solovyovun Bakını hədələməsinə Türkiyədən reaksiya

Türkiyə mətbuatı Kremlin təbliğatçısı, faşist çıxışları ilə diqqət çəkən Vladimir Solovyovu Azərbaycanı hədələməkdə ittiham edib.

XəzərNews.az xəbər verir ki, “Türkiyə Today” nəşri Solovyovun iyunun 30-da “Vladimir Solovyovla axşam” verilişində səsləndirilən Moskva-Bakı münasibətlərin pisləşməsi ilə bağlı sözlərini "kəskin xəbərdarlıq" adlandırıb.

“Solovyov Rusiya ilə Azərbaycan arasında 300 kilometrlik sərhədi xatırladıb və xəbərdarlıq edib ki, Bakının son hərəkətləri Moskva ilə böyük münaqişə ilə nəticələnə bilər”, - məlumatda deyilib.

Nəşr həmçinin bildirib ki, Solovyov Rusiya ilə Azərbaycan arasında münasibətlərin pisləşməsi ilə bağlı mümkün hərbi nəticələrə eyham vurub.


Xəbər 1 dəfə oxunub.
Seçilən
16
16
xezernews.az

10Mənbələr