AZ

Hərbçilərdən rüşvət alan sabiq vəzifəli şəxsə hökm oxundu

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin sabiq bölük komandiri Ağamalı Pənahovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, sabiq bölük komandiri 9 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Marqarita pizza

İttihama görə, kapitan Ağamalı Hiddətulla oğlu Pənahov bölükdə xidmət edən hərbçilərdən rüşvət alıb.

O, Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 232.2.1-ci (Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə), 232.2.3-cü (Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.3.2-ci (Təkrar rüşvət alma, təkrar törədildikdə) maddələri ilə ittiham olunub.


Telegram kanalımız
Seçilən
7
50
yenisabah.az

10Mənbələr