AZ

DİN: Yaşayış yerində gizlədilən 17 kiloqram marixuana ifşa olundu

DİN:

Binəqədi rayonunda keçirilən növbəti əməliyyat zamanı 1994-cü il təvəllüdlü Nəsrəddin Musayev tutulub. Ondan 17 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş qurudulmuş marixuana aşkarlanıb.Bu barədə Ulusum.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.N.Musayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Diqqət Çəkənlər

“Səssiz anlaşma: Təhlükəsiz hərəkət” layihəsinə start verildi

Xəzər Universitetinin Məzun Günü mərasimi

Çimərliklərdə yay istirahəti: Risklər varmı?

Seçilən
0
4
ulusum.az

10Mənbələr